Bu gün Azərbaycan Demokratik Respublikasının yaranmasının 90 illiyi münasibətilə Bərdə rayonunda geniş tədbir keçirilmişdir. Bərdə şəhər Mədəniyyət evində təşkil olunan tədbirdə rayon dövlət strukturlarının əməkdaşları, bələdiyyələr, bir sözlə rayon ziyalıları iştirak etmişdirlər. Çıxış edən natiqlər Azərbaycan Demokratik Respublikasının tarixi haqqında məlumatlar səsləndirmiş, ömrünün qısa olmasına baxmayaraq dövlətçilik tarixində qoyduğu izlərdən geniş danışmışdırlar. Tədbirdə həmçinin Yaxın Şərqdə ilk demokratik və dünyəvi dövlət olan Azərbaycanın Şərq ölkələri üçün stimul və onların demokratikləşməsi və müstəqillik qazanmaları yolunda açıq qapı olduğu haqqında fikirlər səsləndirilmişdir. İllər sonra Müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafının ADR ideyalarının ölməməsi və hazırda da Azərbaycanın regionun inkişaf etmiş ölkələri arasında ön sıralarda yer alması haqqında da natiqlər öz çıxışlarında fikirlər səsləndirmişlər. Tədbirin sonunda rayon incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı keçirilmişdir.