Məhərrəmov Oktay Məhəmməd oğlu
1947-ci il mart ayının 27-də Bərdə rayonunun Əyricə kəndində anadan olmuşdur. 1962-ci ildə Bərdə şəhər 1№-li 8 illik məktəbi bitirib. 1962-ci ildə Bakı şəhər 8№-li Tibb texnikumuna daxil olmuş, 1967-ci ildə həmin texnikumu bitirərək N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə işi-proflaktika şöbəsinə daxil olmuşdur. 1974-cü ildə həkim-cərrah kimi həmin institutu bitirmişdir.
1974-76-cı illərdə təyinatla Zaqatala rayonunda həkim-cərrah işləmişdir. 1976-87-ci illərdə Bərdə Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsində həkim-cərrah işləmişdir. 1987-2002-ci illər ərzində Bərdə MRX-nın baş həkimi, 2002-2006-cı illərdə yenidən Bərdə MRX-nın cərrahiyə şöbəsində həkim-cərrahkimi fəaliyyət göstərmişdir.
2006-cı ilin oktyabr ayından Bərdə şəhər bələdiyyəsinin sədri vəzifəsində çalışır.
O.Məhərrəmov 1993-cü ildən YAP-ın üzvüdür. 1993-2006-cı illərdə Bərdə MRX-da YAP təşkilatının sədri olmuşdur. Hal-hazırda YAP Bərdə rayon təşkilatının İdarə Heyətinin üzvüdür.
Ailəlidir, üç övladı var.