Ana səhifə
Bələdiyyə sədri
Bələdiyyə haqqında
Fəaliyyətlər
Rayon haqqında
Arxiv
Əlaqə məlumatları
Rayon haqqında
Telefon rəhbəri
Fotoqalereya
XƏBƏRLƏR VƏ ELANLAR
27.05.2008
28 may Respublika Günü münasibətilə Bərdə rayonunda geniş tədbir keçirildi»»»
22.05.2008
Bərdədə “İnsan alveri və zorakılıqla mübarizə hər birimizin işidir”»»»
14.05.2008
15 may ailə günü ilə bağlı tədbir keçirildi»»»
Bərdə rayonu

COĞRAFİ   MƏLUMATLAR

1930-cu ildə təşkil edilmişdir.
Kür-Araz ovalığının şimal-qərb hissəsindədir. Sahəsi 957 kv.km-dir.
Əhalinin sayı 139.3 min nəfər    (1 yanvar 2007-cı il)
Rayonda 109 kənd yaşayış məntəqəsi, bir şəhər vardır.
Mərkəzi Bərdə şəhəridir.

Təbiət

Bərdə rayonunun ərazisi Qarabağ düzünün mərkəzi hissəsindədir. Səthi az meyilli və dalğalı düzənliklərdən ibarətdir.  Hündürlüyü 200 m-ə qədər antropogen sisteminin çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları vardır. İqlimi mülayim isti və quru subtropikdir. Qışı quraq keçir. Orta aylıq temperatur yanvarda 1,2 - 1,8 dərəcə, iyulda 25,6 -26,5 dərəcədir. İllik yağıntı 250-350 mm. Rayonun ərazisindən Tərtər və Xaçın çayları, şəhərin sərhədi boyu isə Kür çayı axır. Suvarmada və su təchizatında Yuxarı Qarabağ kanalından, artezian sularından geniş istifadə olunur (Azərbaycan ərazilərinin 1992-ci ildən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə əlaqədar Tər-Tər çay su anbarından gələn suyun qarşısı kəsilmişdir).

Təbii bitki örtüyü, əsasən quru çöl və yarımsəhra tiplidir. Kür çayı
sahilində seyrək tuğay meşələri var. Meşələrin ümumi sahəsi 7,0 min
hektardır.

Orta sıxlıq 1 kv.metrdə 145 nəfərdir. Kənd əhalisi 72.7 faiz, şəhər əhalisi 27.3 faizdir.Bundan başqa 1 yanvar 2007-ci il tarixə rayonda qeydiyyatda olan 139,9 min nəfər,  9,8 min ailə qaçqın və məcburi köçkün məskunlaşmışdır. Qaçqın və məcburi köçkünlərin son illər tikilmiş yeni qəsbələrə köçürülməsi ilə əlaqədar onların sayı rayon üzrə azalmışdır.

Təsərrüfat

Bərdə rayonu inkişaf etmiş kənd təsərrüfatı rayonudur. Əsas təsərrüfat sahəsi taxılçılıq, pambıqçılıqdır. İqtisadiyyatında heyvandarlıq mühüm yer tutur. Rayonda aqrar islahların birinci mərhələsi başa çatmışdır. İslahat nəticəsində 24.9 min ailəyə 43.3 min hektar xüsusi mülkiyyətə torpaq payı verilmişdir. Orta hesabla bir ailəyə 1.80 hektar torpaq sahəsi verilmişdir. Bütövlükdə həyətyanı sahələri də daxil etməklə bir ailə orta hesabla 2.07 hektar torpaq sahəsinə malikdir (respublika üzrə müvafiq olaraq 1.60, 1.95).

Kənd təsərrüfatına yararlı torpaqların sahəsi 78.5 min hektardır, bunun 51.5 min hektarı əkin yeridir.

2006-cı ildə 16.5 min hektarda dənli və dənli paxlalılar, 7.1 min hektarda pambıq, 1.1 min hektarda şəkər çuğunduru, 1.2 hektarda dən üçün günəbaxan, 0.4 min hektarda kartof, 4.4 min hektarda tərəvəz, 1.8 min hektarda bostan, 19.0 min hektarda isə yem bitkiləri əkilmişdir.

Mədəni quruculuq

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, insanlann sosial müdafiəsinin daha da gücləndirilməsinə dövlət qayğısı, yeni iş yerlərinin yaradılması keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Həyati əhəmiyyətli problemlərin aradan qaldırılmasında, kənd təsərrüfatı məhsullarının istehsalındakı irəliləyiş, xidmət və digər infrastruktur obyektlərin istifadəyə verilməsi, məşğulluğun səviyyəsinin yüksəldilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsində rayonumuz ön mövqeyə çıxmışdır.

Copyright © 2007  Sayt İnformasiya Azadlığının İnkişafı Koalisiyasi tərəfindən "Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək" layihəsi çərçivəsində hazırlanıb.