Ana səhifə
Bələdiyyə sədri
Bələdiyyə haqqında
Fəaliyyətlər
Rayon haqqında
Arxiv
Əlaqə məlumatları
Layihələr
Hesabatlar
Büdcə
XƏBƏRLƏR VƏ ELANLAR
27.05.2008
28 may Respublika Günü münasibətilə Bərdə rayonunda geniş tədbir keçirildi»»»
22.05.2008
Bərdədə “İnsan alveri və zorakılıqla mübarizə hər birimizin işidir”»»»
14.05.2008
15 may ailə günü ilə bağlı tədbir keçirildi»»»
BƏLƏDİYYƏNİN SOSİAL-İQTİSADİ İNKİŞAF PROQRAMININ PASPORTU
Proqramın adı Bərdə şəhər bələdiyyəsinin sosial-iqtisadi inkişaf proqramı
Proqramın işlənilməsi üçün əsas "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu;
Bərdə şəhər bələdiyyəsinin iclasının qərarı
Proqramı hazırlayanlar
Bərdə bələdiyyəsinin icra aparatı
Büdcə və sosial məsələlər daimi komissiyası
"Şəffaf büdcə" layihəsinin ekspertləri
Proqramın informasiya təminatı Bərdə rayon İcra Hakimiyyəti
Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi
Bələdiyyənin məlumat bazası
Proqramın məqsəd və vəzifələri Bələdiyyənin ərazisində yaşayan sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sosial-iqtisadi cəhətdən əlavə dəstəklənməsini təmin etmək
Bələdiyyə ərazisini abadlaşdırmaq
Bələdiyyə ərazisində yaşayan vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq
Əhaliyə göstərilən ictimai xidmətlərin keyfiyyətini yüksəltmək
Proqramın reallaşdırılması müddəti və mərhələləri 2006-2008-ci illər
Proqramın əsas bölmələri 1. Bələdiyyə haqqında ümumi məlumat
2. Bələdiyyə ərazisində yaşayan aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan əhalinin sosial müdafiəsi
3. Yolların tikintisi və təmiri, ərazinin abadlaşdırılması tədbirləri
4. Əhalinin enerji təchizatının yaxşılaşdırılması tədbirləri
5. Əhalinin su təchizatının yaxşılaşdırılması tədbirləri
Proqramın icraçıları Bələdiyyənin icra aparatı Müvafiq təşkilatlar
Proqramın maliyyələşdirilməsi mənbələri • Bərdə bələdiyyəsinin büdcə vəsaitləri
• Dövlət büdcəsindən maliyyə yardımları
• Donor təşkilatlardan alınan qrantlar
• Əhalinin, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslərin könüllü ianələri
Proqramın reallaşdırılması ilə bağlı hesabatlılıq Ayrı-ayrı istiqamətlər üzrə vəsaitlərin xərclənməsi-nə dair rüblük hesabatlar Bütövlükdə proqramın icrasına dair illik hesabatlar

I. Bələdiyyə haqqında ümumi məlumat

Bərdə bələdiyyəsi Azərbaycan Respublikası Konstitusiyasına, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikası qanunlarına uyğun olaraq ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqan olub qanunla müəyyən edilmiş ərazi hüdud-ları daxilində yerli özünüidarəetməni həyata keçirmək məqsədilə yaradılmışdır. Özünün fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarını və bələdiyyənin Nizamnaməsini rəhbər tutur. Bələdiyyə hüquqi şəxsdir, onun öz möhürü, ştampı, bankda hesabı var.
Bərdə bələdiyyəsi 1999-cu ildə yaranmışdır. Bələdiyyə Bərdə şəhərini əhatə edən ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir.
Bərdə bələdiyyəsinin 15 üzvü var ki, onlardan 14 kişi, biri isə qadındır.
Bələdiyyə ərazisində 7500 ailədə 39.000 nəfər yaşayır. Bunların 20155 nəfəri qadın, 18845 nəfəri isə kişidir. Bundan başqa ərazidə 17.000 nəfər məcburi köçkün məskunlaşıb.
Bərdə bələdiyyəsi ərazisində 89 ha torpaq sahəsi vardır. Bunun:

  • • 24 hektarı ictimai xarakterli sahədir;
  • 65 hektarı isə həyətyanı sahəyə aiddir.

Bərdə bələdiyyəsi perspektiv inkişaf üçün torpaq fonduna malik deyil.
Bələdiyyə ərazisində yaşayan əmək qabiliyyətli 22 min nəfər əhalinin əsas məşğuliyyəti sosial sfera, ticarət, kənd təsərrüfatı istehsalı və xidmətdir.
Bərdə şəhərində 9 ümumtəhsil, 3 musiqi, 1 uşaq şahmat məktəbi, 1 uşaq idman məktəbi, 1 internat, 1 peşə litseyi, 1 texnikum və 7 uşaq bağçası fəaliyyət göstərir. Həmin təhsil məktəblərində 8200 nəfərə yaxın şagird təhsil alır. Akademik Z.ƏIiyeva adına yeni tikilmiş məktəbdən və 8 saylı orta məktəbdən başqa digər məktəblər 50-30 il bundan əvvəl tikilib və təbii ki, müasir tələblərə o qədər də cavab vermir. Məktəblər darısqaldır, sinif otaqları azdır, avadanlıqlar köhnədir, ona görə də bütün məktəblər iki növbəlidir. Eyni zamanda həmin məktəblərdə 100-dən çox məcburi köçkün ailəsi yerləşdirilmişdir. Məktəblərin heç birinin qızdırma sistemi yoxdur. Məktəblərin maddi-texniki təminatı yaxşı vəziyyətdə deyil və onların yalnız 2-sində kompüter (8 ədəd) quraşdırılmışdır.
Bələdiyyə ərazisində yaşayan əhalinin ayrı-ayrı sosial təbəqələrinin və məhəllə komitələri üzvlərinin iştirakı ilə keçirilən çoxsaylı müzakirələr nəticəsində həllinə bələdiyyənin ilk növbədə diqqət yetirməsi məqsədəuyğun sayılan problemləri kimi aşağıdakılar müəyyən olunub:

  • Bələdiyyə ərazisində yaşayan aztəminatlı və sosial müdafiəyə ehtiyacı olanların əlavə sosial müdafiəsi
  • Bələdiyyə ərazisində olan yolların vəziyyəti
  • Əhalinin enerji təchizatının çox aşağı səviyyəsi
  • Əhalinin içməli su ilə təchizatı sahəsində problemlər
  • Təhsil və səhiyyə sahəsində olan problemlər

Həmin problemlərin həlli bu proqramın predmeti kimi götürülüb.

II. Bələdiyyə ərazisində yaşayan aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan əhalinin sosial müdafiəsi

Problemin qoyuluşu. Hazırda bələdiyyənin ərazisində məcburi köçkünlərlə birlikdə 56 min nəfər yaşayır. Onlardan 29 min nəfəri qadın, 27 min nəfəri kişi, o cümlədən 8900 nəfəri 16 yaşadək uşaqlardır.
Ərazidə yaşayan vətəndaşlar arasında sosial müdafiəyə ehtiyacı olan sosial qruplar:
• Ərazidə 17 min nəfərədək qaçqın və məcburi köçkün məskunlaşıb;
Son illər ölkəmizdə "Yoxsulluğun azaldılması və İqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proqramı (2004-2008-ci illər)" və başqa mühüm dövlət proqramları çərçivəsində regionlarda bələdiyyə ərazilərinin inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilir. Bununla belə, ölkənin sosial-iqtisadi inkişafındakı mövcud reallıqlar bələdiyyələrin də əhalinin sosial problemlərinin həllində və bölgələrin inkişafında fəal iştirakını zəruri edir.
"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununa və yerli özünüidarə orqanlarının fəaliyyətini tənzim-ləyən digər qanunvericilik aktlarına əsasən bələdiyyə orqanları yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf və yerli ekoloji proqramlar işləyib həyata keçirə bilərlər. Qanunvericiliyə uyğun olaraq, yerli sosial müdafiə proqramları bələdiyyələr tərəfindən müəyyən edilən vətəndaşlar kateqoriyasına dövlət sosial təminatından əlavə sosial təminatlar müəyyən edə, yerli sosial inkişaf proqramlarında dövlətin həyata keçirdiyi sosial proqramlara əlavə olaraq və ya onlarda öz əksini tapmayan yerli əhəmiyyətli sosial inkişaf məsələlərinin həlli nəzərdə tutula bilər. Yerli iqtisadi inkişaf proqramları isə dövlətin müvafiq proqramlarına əlavə olaraq və ya onlarda nəzərdə tutulmayan yerli əhəmiyyətli iqtisadi inkişaf məsələlərinin həllinə yönəldilir.
Bu proqram Bərdə bələdiyyəsinin ayrı-ayrı sosial-iqtisadi problemlərinin həlli məqsədi ilə qanunvericiliyin müvafiq müddəaları nəzərə alınaraq hazırlanmışdır.

Copyright © 2007  Sayt İnformasiya Azadlığının İnkişafı Koalisiyasi tərəfindən "Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək" layihəsi çərçivəsində hazırlanıb.